Hakimiyyətin ördəyi də gəldi

12 metrlik rezin ördəyin vergi ödəyicilərinə neçəyə başa gəldiyi məlum deyil

Avstriyalı dizayner Floren Hofmanın yaratdığı 12 metrlik rezin ördək dünən Bakı Bulvarına “uçub”. Ördəyin “gəlməsinə” mədəni layihələrlə məşğul olan hökumətyönlü “YARAT” təşkilatı yardım edib.

Layihənin məqsədinin nədən ibarət olduğu və vergi ödəyicilərinə neçəyə başa gəldiyi məlum deyil. Yalnız nəhəng ördəyin sentyabrın 5-də Bakıya gətirildiyi, lakin küləkli hava şəraiti ilə əlaqədar onu suya buraxmaq mümkün olmayıb.

Müəllif Floren Hofmana gəlincə, bu dizayner bütün dünyada sərgilənən müxtəlif heyvanların nəhəng maketlərini hazırlamaqla məşhurdur. -

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar