Pentaqondan şok xəbərdarlıq

Eşton Karter: «Ruslar tezliklə Suriyada itki verəcək»

ABŞ müdafiə naziri Eşton Karter Suriya ilə bağlı son açıqlamasında sensasion iddia səsləndirib. Dünən Brüsseldə NATO müdafiə nazirlərinin yığıncağından sonra keçirdiyi mətbuat konfransında nazir bildirib ki, ruslar tezliklə Suriyada ilk itkilərini verəcəklər. Pentaqon rəhbəri Rusiyanı terror aktlarına hazır olmağa da çağırıb.

“Rusiya ilə əməkdaşlıq etməyəcəyik”

Onun sözlərindən belə məlum olub ki, Suriyadakı aviazərbələrə cavab olaraq Rusiya ərazisində terror aktları törədilə bilər: “Mənim gözləntilərimə görə, yaxın günlərdə ruslar Suriyada itki verəcəklər. Rusiya Suriyada hakimiyyətin siyasi yolla ötürülməsi prosesində iştirak etmək əvəzinə, Əsədə dəstəyini ikiqat gücləndirdi. Halbuki uzun müddətdir iztirab çəkən ölkəyə bu lazım deyildi. Rusiya IŞID-ə və digər ekstremist qüvvələrə qarşı mübarizə aparacağı ilə bağlı bəyanatından kənara çıxıb. Və hava zərbələrini tamamən başqa hədəflərə endirir. Bu səbəbdən Suriyada vətəndaş müharibəsi bir az da alovlanacaq. Bu yanlış strategiyasının davamında israr etdirdikcə Rusiya ilə əməkdaşlıq etməyəcəyik”.

Karter bildirib ki, ABŞ Suriyadakı IŞID-çilərin mövqelərini bombalamağa və Əsədə qarşı savaşan ölkə müxalifətini dəstəkləməyə davam edəcək: “Biz Rusiya ilə də danışıqları davam etdirəcəyik. Rusiya koalisiya qüvvələrinin təhlükəsizliyinin təminatında və Suriyada hakimiyyətin ötürülməsi prosesində yer almalıdır."

Nazir onu da qeyd edib ki, Rusiya hərbi gəmilər vasitəsilə qanadlı raketlərdən endirdiyi zərbələr barədə ABŞ-a hər hansı məlumat verməyib.(Azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar