"Hansı siyasi qurumda bu qədər intellektual potensial var?!”- Cəmil Həsənli

“Milli Şura fəaliyyətdə olan canlı təşkilatdır. Quruma üzv olmaq üçün hazırda ərizə verənlər də var. Bununla yanaşı, istefalar da ola bilər. Bundan narahat olmağa dəyməz”.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Publika.Az –a açıqlamasında son istefalara münasibət bildirərkən deyib. C. Həsənli “El” hərəkatının sədr müavini Mehdibəy Səfərovun istefasını da normal qarşıladıqlarını deyib. Bildirib ki, ona yaxşı yol arzulayırlar.

Milli Şura sədri seçkidən sonra quruma qəbul olunanlardan çox, istefa verənlərin olduğuna münasibət bildirib. Onun sözlərinə görə, Milli Şuranın kifayət qədər üzvü var: “Sadəcə olaraq yeni əsasnamə qəbul etməliyik. Bu əsasnamə müzakirə mərhələsindədir. Buna Koordinasiya Şurasının ötən iclasında baxıldım və hazırda bu əsasnamə üzərində iş davam edir. Bu yaxınlarda yekunlaşacaq. Milli Şuranın toplantılar və sessiya keçirmək üçün üzvlərinin sayı yetərlidir. Koordinasiya Şurasında 5-6 professor, bir o qədər də elmlər doktoru var. Azərbaycanda hansı siyasi qurumda bu qədər intellektual potensial var?!”.

Milli Şura sədri “El” hərəkatının sədri Eldar Namazovun “Cəmil Həsənlinin dedikləri həqiqətə uyğun deyil” açıqlamasına münasibət bildirmək istəmədiyini deyib.“Eldar Namazovun dediklərinə münasibətim yoxdur. Bildirmək istəmirəm. Münasibətim mətbuatda olub. Bundan artıq da sözüm yoxdur”-deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar