DƏRMAN İDXALI İLƏ BAĞLI ŞÜBHƏLİ GÖMRÜK STATİSTİKASI - İdxal artıb, ixrac kəskin azalıb

Tarif (qiymət) Şurası 2015-ci il 5 oktyabr tarixli qərarı ilə daha 1126 dərman vasitəsinin qiymətini təsdiq edib. 1079 dərman vasitəsinin qiyməti 1 dekabr 2015-ci il tarixindən qüvvəyə minəcək, deyə İqtisadiyyat və Sənaye Nazirliyi məlumat verir.

Nazirliyin məlumatına görə, indiyədək dövlət 2183 dərman vasitəsinin qiymətlərini tənzimləyib. Dərman vasitələrinin 53%-nin qiyməti 2 dəfədən çox, 28%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb. Satışda olan dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.

Rəsmi statistikaya əsasən, Azərbaycan vətəndaşların və dövlət tibb müəssisələrinin tələbatının 99%-i idxal hesabına təmin edilir. Maraqlı fakt budur ki, dərman idxalı üzrə gömrük statistikası ekspertlərdə böyük şübhə doğurur.

Məsələ burasındadır ki, Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında rəsmi dərman idxalı həcmi $185 mln təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 16,3% çoxdur. Ciddi istehsal potensialı olan Gürcüstan bu dövrdə $428,2 mln məbləğində və ya 2014-cü ilin eyni dövründəkindən ($201,3 mln) iki dəfə çox dərman idxal edib. Gürcüstan bu dövrdə $84,5 mln (+42%) məbləğində dərman ixrac edib. Azərbaycan isə bu dövrdə $0,4 mln məbləğində dərman ixrac edib və ixrac $11, mln azalıb.(Contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar