ZEYNƏB XANLAROVANIN GƏLİNİ POLİS BÖLMƏSİNDƏ? - "Rəis içkili vəziyyətdə olub..."

Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında qarşıdırma olması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Məlumata görə, bu gün saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib.

Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Ailəsi ilə bağlı mətbuatda yayılan xəbərlərə Z.Xanlarovanın oğlu Ramal Babayev münasibət bildirib.AzVision.az-a açıqlamasında R.Babayev belə bir hadisənin baş vermədiyini, mətbuatda yazılan xəbərlərin şayiə olduğunu deyib:

“Bunlar hamısı yalan söz-söhbətlərdir. Heç kəs belə şayiələrə inanmasın. Ailəmizə şərt atırlar. Mətbuatda çıxan yazıları mən özüm də oxudum. Orada qeyd olunub ki, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb, onların da bu hadisədən xəbərləri yoxdur. Doğurdan da belə bir hadisə olmayıb. Kimsə boş-boş şayiələr yayır.

Bilmirəm kimin həyat yoldaşından söhbət gedir, amma biz belə hadisə ilə rastlaşmamışıq. Ailəmizdə hər kəs öz işi ilə məşğul olur. Ona görə də narahat olmağa heç bir əsas yoxdur”.

***

Dünən gecə saat 23 radələrində “Monte Kristo” şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb.

Modern.az saytına verilən məlumata görə, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən saytımıza belə faktın qeydə alınmadığını deyiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də saytımıza hadisə barədə məlumatsız olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar