"Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr yüksək səviyyədədir" - Səfir

"Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və bu əlaqələrin səviyyəsini daha da yüksəltməyə çalışırıq”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, artıq 20 ildən çoxdur iki ölkə enerji sahəsində əməkdaşlıq edir: “Digər sahələrdə də böyük potensial görürəm. Biz iqtisadiyyatın diversifikasiyası sahəsində əməkdaşlığı müzakirə edirik. Bizim yardım proqramlarımız var ki, Azərbaycanda kənd təsərrüfatının, internet ticarətinin inkişafı, nəqliyyat, ərzaq daşınması və digər sahələrin inkişafı üçün ayrılır. Bunlar əməkdaşlığı inkişaf etdirə biləcəyimiz sahələrdir. Bu kimi layihələri Azərbaycanda USAID həyata keçirir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar