Putinin nümayəndəsi Suriyada terrorçu liderlə görüşdü

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Parisdə terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin (Demokratik Birlik Partiyasının) həmsədri Salih Müslimlə görüşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Xairici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərə görə, görüş zamanı tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bir neçə ay öncə Salih Müslim Rusiyaya səfər etmişdi. Ehtimal edilir ki, həmin səfəri zamanı Rusiya Suriaydakı kürdlərin muxtariyyətini dəstəkləyəcəyini vəd edib. Bundan başqa Moskvanın Bəşşar Əsədlə terrorçu "PYD" arasında vasitəçilik edəcəyi iddiası da irəli sürülüb.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı bildirmişdi ki, rəsmi Moskva kürdlərə silahı İraq hökuməti vasitəsi ilə ötürür.

Bir müddət sonra Salih Müslim S.Lavrovun bu məlumatını təkzib etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar