Azərbaycanda polis əməkdaşlarını şantaj edən şəxs tutulub

Azərbaycanda polis əməkdaşların şantaj yolu ilə pul alan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etməsini bildirib.

Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar