"Baş nazir niyə PKK-çının acısını bölüşmür?" - Demirtaş

Türkiyədə PKK-nın siyasi qanadı hesab olunan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Selahattin Demirtaş növbəti dəfə absurd açıqlama ilə çıxış edib.

AzPolitika.info-nun məlumatına görə, Fətullah Gülen camaatına yaxınlığı ilə bilinən “Bugün TV”də çıxış edərkən, S.Demirtaş hakimiyyəti “PKK-çıların, onların ailələrinin acısını paylaşmamaqda” ittiham edib.

O, “şəhid dəfn mərasiminə gedirsinizmi?” sualına “bəli, buna nümunələr var” deyərək, PKK-çıların da yas mərasimlərinə getməyin vacib olduğunu vurğulayıb.

“Buyursunlar Baxçalı və Davudoğlu gedib Şırnakda desinlər ki, “biz qardaşıq”, biz niyə deməliyik?Baş nazir niyə PKK-çının acısını, onun valideynlərinin kədərini bölüşmür? İndiyədək belə bir şey olmayıb. Bir PKK-çının, bir erməninin acısını bölüşən dövlət adamı olmayıb”, - deyə Demirtaş əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar