Əhali pulunu banklardan geri götürür

Avqust ayında əhali banklardakı əmanətlərini 284,8 milyon manat azaldıb.

Fins.az-ın Mərkəzi Banka istinadən xəbər verir ki, 01 Sentyabr 2015-ci il tarixinə əhalinin banklarda əmanətlərinin məbləği 7 milyard 320,3 milyon manat təşkil edib. Bu, Avqust ayının 1-i ilə müqayisədə 284,8 milyon manat azdır. Avqustun 1-də əhalinin banklarda əmanətləri 7 milyard 605,1 milyon manat idi.

Əmanətlərin 25,2%-i və ya 1 milyard 847,9 milyon manatı milli valyutada, 78,8%-i isə xarici valyutada (əsasən dollarda) olub.

Avqustun əvvəlində əmanətlərin 28%-i və ya 2 milyard 138,7 milyon manatı milli valyutada, 72%-i və ya 5 milyard 466,4 milyon manatı xarici valyutada idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar