Səudiyyə kralı Soçiyə oğlunu, Suriyaya isə ən yeni silahlarını göndərir

Saudi_Arabia_flag_1Səudiyyə Ərəbistanı Suriyanın müxalif silahlı birləşmələrinə hökumət qoşunları və müttəfiqlərinə qarşı müqavimət göstərmək üçün yeni silah partiyası göndərməyi planlaşdırır.

AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Küveytin “əl-Kəbas” qəzeti yazıb. Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanından göndərilən yeni silah partiyasına ən müasir, o cümlədən zirehdeşən silahlar və lazımi sursatlar daxil olacaq. Qəzet bu silahların “Ceyş-əl-Fəth”, “Azad Suriya Ordusu”, eləcə də “Cənub cəbhəsi” adlı birləşmələrə paylanılacağını bildirib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı kralı Salmanın müdafiə naziri olan oğlu Məhəmməd bin Salmanı Vladimir Putinlə görüşmək üçün Suriyaya göndərdiyi barədə məlumatlar yayılıb. Səfərin oktyabrın 11-də baş tutacağı bildirilir. Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov belə bir görüş olacağını nə təkzib, nə də təsdiq edib: “Bu görüşlər təsdiqlənsə, məlumat verəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar