Bu kəsir devalvasiya ehtimalını artırır - CƏDVƏL

2015-ci ilin ikinci rübünə olan məlumata görə, Azərbaycan Respublikasının tədiyə balansını cari hesabı defisitə keçib.

“Marja” xəbər verir ki, ikinci rübdə cari hesabın kəsiri -45 milyon dollar təşkil edib.

Cari hesabın defisitli olması devalvasiya ehtimalını artırır.

Ölkənin cari əməliyyatlardan əldə etdiyi gəlirlər, cari əməliyyatlara çəkilən xərclərdən daha böyükdürsə bu vəziyyət cari profisit (cari əməliyyatlar artıqlığı); Daha kiçikdirsə cari kəsir (cari əməliyyatlar defisiti) olaraq adlandırır.

Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, "sabit valyuta məzənnəsi sistemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi" kimi xarakterizə olunan devalvasiya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.

Ona görə də, devalvasiya bir tərəfdən ixracı təşviq edərək valyuta gəlirlərini artırmaq, digər tərəfdən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür. Sözügedən metoddan, inflyasiya səbəbindən yaranan daxili və xarici qiymət səviyyəsi fərqini, dolayısı ilə ödənişlər balansı (tədiyə balansı) kəsirini örtmək məqsədilə də istifadə olunur.

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar