Yenə Hacı İbrahim, yenə borc davası...

“Bakı Mexanikləşdirmə” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Avesta Konserni" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

“Report”un xəbərinə görə, ASC borcun qaytarılması barədə tələb irəli sürüb. İddia olunan borcun məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Avesta Konserni"nin sahibi tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konserni" çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur.

1958-ci ildən fəaliyyət göstərən “Bakı Mexanikləşdirmə” şirkəti isə sənaye və mülki obyektlərin, eləcə də çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar