MSK deputatlığa namizədlərə və KİV-lərə xəbərdarlıq etdi

“Deputatlığa namizədliyi qeydə alınan şəxslər təşviqatı elə aparmalıdır ki, qanunvericiliyin tələbləri pozulmasın”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib. O xatırladıb ki, təşviqatla bağlı seçki dairələrinin ərazilərində müvafiq yerlər ayrılıb: “Namizədlərin görüş keçirməsi üçün açıq və qapalı yerlər müəyyənləşdirilib. Təşviqat prosesində bəzi sahibkarların mülkiyyətində olan obyektlərdə şəkillərin yapışdırılması mümkün ola bilər. Amma hər hansı binanın, abidənin üzərinə şəkillərin yapışdırılması yolverilməzdir. Kütləvi informasiya vasitələrinin də bu məsələdə rolu xüsusi vurğulanmalıdır. KİV də bu məsələdə qanunvericiliyin tələblərinə əməl etməlidir. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

N.Məmmədov təşviqatla bağlı görüşlər keçirilən zaman da namizədləri diqqətli olmağa çağırıb: “Çıxışlar zamanı nəzərdə tutulmayan çağırışların edilməsi qadağandır”.

Onun sözlərinə görə, seçki təcrübəsi göstərir ki, real vəziyyət qənaətbəxşdir.

Sədr müavini bildirib ki, hər hansı namizəd qanunvericiliyn tələblərini pozarsa, onun qeydiyyatının ləğvi gündəmə gələ bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar