Obama Suriya müxalifətinə yardımla bağlı fikrini dəyişib

obama-halo-ap-new-550x362ABŞ prezidenti Barak Obama Suriya müxalifətinə yardım imkanlarına yenidən baxmaq niyyətindədir.

AzPolitika.info-nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Departamentinin rəhbəri Eşton Karter bildirib.

“Fikrimcə, yaxın zamanlarda onun özündən (Obamadan – red.) təsdiqlənən və reallaşdırılan təklifləri eşidəcəksiniz”, -deyə müdafiə naziri vurğulayıb.

Onun sözlərinə görə, prezident Obama yaxın saatlarda bu məsələ ilə bağlı çıxış edəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Prezident Administrasiyası Suriyanın mülayim müxalifətinə hərbi-texniki yardım və təlimlərlə bağlı proqramı bağllamaq niyyətindədir. Mətbuatda gedən məlumatlara görə, Ağ Evdə etiraf ediblər ki, ildə 500 milyon dollara başa gələn bu proqram “İslam dövləti” (İŞİD) ilə mübarizədə səmərəli nəticələr verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar