Xəzərdən atılan raketlərdən bəziləri hədəfə çatmayıb - Pentaqon təsdiqlədi

pentagonABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyaya atdığı qanadlı raketlərdən bəzilərinin hədəfə çatmadığını təsdiqləyib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya müdafiə naziri Maykl Fellon ilə birlikdə mətbuat konfransı keçirən E. Karter bu barədə Pentaqonda sübutlar olduğunu söyləyib. O, raketlərin hədəfə çatmamasının səbəbinin texniki nasazlıq ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, CNN bir gün əvvəl Rusiyanın Xəzər dənizi akvatoriyasından Suriyaya atdığı 26 qanadlı raketdən azı 4-nün hədəfə yetişməyərək İran ərazisinə düşdüyü barədə xəbər yayıb. Rusiya və İran isə bu xəbəri təkzib edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar