Rusiya təyyarələri son sutkada İŞİD-in 60 obyektini məhv edib

Rusiya təyyarələri son sutkada İŞİD-in 60 obyektini məhv edib

Ötən sutka ərzində Rusiya aviasiyası Suriyada İŞİD terror qruplaşmasının 60 obyektinə zərbələr endirib.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəis müavini İqor Makuşev bildirib.

O, son sutka ərzində 67 uçuş həyata keçirildiyini qeyd edib: “Bu 67 uçuş “Xmeymim” aviabazasından həyata keçirilib. Su-34M və Su-25SM təyyarələri terrorçuların 60 obyektini məhv edib”.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında Rusiya sentyabrın 30-dan İŞİD mövqelərinə hava zərbələri endirməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar