Gürcüstanda NATO həftəsi keçiriləcək

Gürcüstanda NATO həftəsi keçiriləcək.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Avrointeqrasiya məsələləri üzrə dövlət nazirliyinin aparatı məlumat yayıb.

Məlumata görə, oktyabrın 25-də Gürcüstanda NATO həftəsinin açılışı olacaq və noyabrın 7-8-nə kimi davam edəcək. NATO həftəsi tədbirlərində NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın iştirakı gözlənilir.

Qeyd edək ki, Gürcüstan 2016-cı ilin iyul ayında Varşavada baş tutacaq NATO Sammitinə fəal hazırlaşır. Son zamanlar hökumət nümayındələri Avropa İttifaqı və ABŞ-a səfərlər zamanı siyasi tərəfdaşları razı salmağa çalışır ki, Gürcüstan NATO üzvlüyünə hazırdır.

Gürcüstanın Avrointeqrasiya məsələləri üzrə dövlət nazirliyinin aparatı bildirib ki, NATO həftəsi ilə bağlı digər detallar bir az sonra mətbuatda yayımlanacaq.

Qeyd edək ki, oktyabrın 27-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə də NATO həftəsi tədbirləri keçiriləcək və Gürcüstanın rəsmi nümayəndələri bu tədbirlərin keçirilməsində fəal iştirak edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar