Saxta sənədlə kredit götürənlər tutuldu

Saxta sənədlər əsasında kredit rəsmiləşdirmiş şəxslərə qarşı cinayət işi açılıb.Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dən saxta sənədlər əsasında kredit alınması barədə Dövlət Neft Şirkətindən Baş Prokurorluğa şikayət daxil olub.

Daxil olmuş material əsasında araşdırmalara başlayan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları adları istintaq yolu ilə müəyyənləşdirilən vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ayrı-ayrı vətəndaşların şəxsiyyət vəsiqələrini və iş yerləri barədə arayışları saxtalaşdıraraq “TBC Kredit” MMC-dən aldatma yolu ilə 8.0 min manat məbləğində krediti ələ keçirməklə qeyd olunan cəmiyyətə zərər vurublar.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayəti törətmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar