Tələbələrə çox şad xəbər

Ölkədə fəaliyyət göstərən ali məktəblərdə təhsil haqları endirilə bilər . ANS PRESS-in məlumatına görə, belə bir təklifi təhsil nazirinin müavini Ceyhun Bayramov səsləndirib. Məqsəd tələbələr üçün daha da geniş təhsil imkanları yaratmaqdır.

Nazirliyin sözçüsü bildirir ki, ödənişli əsaslarla təhsil aparan müəssisələr dövlət tərəfindən tənzimlənən təhsil haqlarını yüksək etməməlidir. Təhsil Nazirliyi bunu ali məktəblərdən tələb edə bilməz. Yəni bu təklif tövsiyyə xarakterlidir.

Ceyhun Bayramov deyir ki, sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir.

Ceyhun Bayramov - təhsil nazirinin müavini

Təhsil Nazirliyinin rəsmisinin sözləri ölkənin 100 minə yaxın ailəsinin maraqlarına uyğundur. Azərbaycanda təxminən 150 min tələbə var və onların təxminən 65 faizi ödənişli əsaslarla təhsil alır. Yəni təhsil haqqı azalarsa, 100 min, bəlkə də daha çox ailənin güzaranı da yaxşılaşar. İndi Azərbaycanda elə şərait yaranıb ki, bəzən bir tələbənin təhsil haqqını bir neçə ailə - baba, əmi, dayı və s. birlikdə ödəməyə məcbur olur.

Azərbaycanda ümumi tələbə sayı (min nəfər)

Dövlət hesabına təhsil alan tələbələrin payı (faizlə)

"Dövlət isə ödənilən təhsil haqlarının qiymətlərini tənzimləyir. Eyni zamanda, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, həmin vəsaiti dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir", - deyə Təhsil Nazirliyinin rəsmisi vuğulayıb.

Təhsil üzrə ekspert Kamran Əsədov isə buna inanmır. O, Azərbaycanda təhsil müəssisələrinin haqlarının aşağı salınmasını reallıqdan uzaqda olduğunu bildirir. Əsədovun sözlərinə görə, universitetlərin gəlirlərinin məhz tələbələrin təhsil haqları hesabınadır və onlarbu gəlirlərindən imtina etmək istəməzlər.

Kamran Əsədov - təhsil üzrə ekspert

Ekspert onu da əlavə edib ki, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqları artan maddi tələbatlarını tələbələrin təhsil haqqından ödəyir. Yalnız o halda mümkün ola bilər ki, ödənişin qalan hissəsi dövlət tərəfindən konpensasiya olunsun. Bu da dövlət xərclərinin artması ilə nəticələnə bilər.

Kamran Əsədov ödənişsiz təhsil planının artırılması üzərində işləməyi daha məqsədəuyğun hesab edir. Məhz bu zaman tələbələrin təhsil alma imkanları arta bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar