QANLI HAVA

Müdafiə məsələləri üzrə Duma komitəsinin başçısı Vladimir Komoyedov Suriyada Rusiya könüllülərinin peyda ola biləcəyini istisna etmir.

Hə, gəlin elə o saat düşünək - cənab Komoyedov hələlik ağlını itirməyib ki, ölkəsinin siyasi rəhbərliyinin iradəsinə zidd davransın. Rəhbərlik isə and içib başını tuturdu ki, Suriyada yalnız hava əməliyyatları həyata keçiriləcək. Ancaq üstündən ikicə gün keçib və komitə sədri sakitcə mülahizə yürüdür - həmin könüllülər LXR və DXR-dakı «uşaqlar» ola bilərlər. Komoyedov deyir ki, onları ideyanın özü və yaxşıca qazanmaq istəyi özünə çəkir. Mən Komoyedovu alqışlaryıram! Hamımız hakimiyyətin bu cür «örtüyü yaracağını» gözləyirdik...

Poroşenko Putinin ayaqlarına düşməlidir, ona görə ki, simasını itirmiş və ukraynalıları öz torpaqlarında gülləyə basan bu sərxoş-cinayətkar tör-töküntü indi səliqə ilə Suriyaya üz tutacaq və orada da uyuyacaq. Onları geriyə - Rusiyaya heç kim daşımayacaq, həm də gətirməyə bir şey qalmayacaq. Onlardan «Putin, kömək elə» çığırtısını əks etdirən kadrlar qalacaq ki, həmin kadrlarda onların başlarının necə kəsilməsi əks olunacaq. Amma onlar böyük ehtimalla, «Mamoçka, pomoqi» deyə, bağıracaqlar, ancaq «ana» onlara kömək edə bilməyəcək - hansı qruplaşmanı təmsil etmələrindən asılı olmyaraq, hər cür «İŞİD»lilər və digər «duşman»lar öz işlərini yaxşı bilirlər. Donetskli tör-töküntü hələ anlamır ki, onun rəqibi zəif təlim görmüş Ukrayna əsgərciyi yox, dini fanatiklərdir.

Onlar öz analarını və ya Putini köməyə çağıranda, mümkündür ki, anlayacaqlar: antiİŞİD koalisiyası ölkələrindən heç biri Suriyada piyada kontingentlə əməliyyat aparmır, çünki əsgərlərinə heyifi gəlir.

Amma cənab Putin cənab Komoyedovun dili ilə «piyada ideyası»nı ortaya atır, çünki «telequtu»da atəş açan Motorollaları və Babayın cəmdəyinin ətrafa səpələnən qanlı parçalarını əks etdirən kadrlar çatmır. Bu kadrlar çox-çox lazımdır, başqa sözlə, ölkə çökür və onu ayaqda saxlamaq üçün vəhşi çılğınlıq gərəkdir - «bizimkiləri qırırlar, ona görə də biz hər şeyə dözərik, lap Putinin 10-cu müddətə prezidentliyinə də, çünki o, bizi xilas edəcək» - deyə, düşünməyimiz üçün.

Fəqət, bu, hələ hamısı deyil. Komoyedov «könüllülər»dən danışır, biz isə sizinlə bilirik ki, bu, nə deməkdir.

Maraqlıdır, görəsən buryatlar artıq məzuniyyət barədə ərizə yazmağa başlayıblarmı?

Cinayətkar hakimiyyət Ukraynaya tüpürərək, yeni qanlı avantüraya baş vurur - onun hakimiyyət və piar xatirinə öz vətəndaşlarını sürükləməyə hazırlaşdığı bu avantüranın dəhşətli yekunları barədə qədərindən də artıq yazılıb. Əfqanıstanı xatırlayanlar hələ ki sağdırlar. İndi də Suriya olacaq - ancaq bu dəfə daha dəhşətli olacaq, çünki Əfqanıstanda hakimiyyət uğrunda müharibə gedirdi, Suriyada isə başqa müharibə - dini müharibə gedir.

Görünür, artıq «selmaq» (kənd dükanı - M.A.) açılışa hazırlanır - burada təptəzə tanklar və «BTR»lər dayanıb, cənab Putin isə yeni nitqini məşq eləyir. Onun nitqində «könüllülər» necə adlandırılır - Ukraynada onları necə adlandırırdılar - «şaxtaçılar və traktorçular»? Gərək ki, belədir...

Burada isə «kəndlilər və keşişlər» olacaq - görünür, belə olacaq.

Xüsusilə - keşişlər, çünki televizorlarımız isterika içində bağırır ki, «rus inancı məhz Suriyadan gəlib!» Odur ki, xristianlığın müdafiəsinə qalxmış buryat çöhrəli Suriya keşişlərini gözləyirik.

Həm də «tələsi»nə növbəti təyyarənin düşəcəyi «Buk»ları gözləyirik - «Buk»suz olmaz - onları mütləq «selmaq»qa gətirəcəklər.

Yox, hakimiyyət xalqı qısnayıb düçar etdiyi faciəni özü «içmək» istəmir. Xalqı qana bələmək lazımdır! Bunun üçün hər şey hazırdır.

Gəlin razılaşaq, əgər dövlət kanalı ilə hava haqqında məlumatda danışırlarsa ki, müharibə və bombardman üçün bu gün əla havadır, o zaman ölkə «qanla yuyunmağa» hazır deyilmi?!

Matvey Qanapolski, şərhçi

Ruscadan çevirdi: Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar