Suriyada İran generalı öldürüldü

İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandirlərindən biri Hüseyn Həmədani Suriyanın Hələb şəhəri yaxınlığında öldürülüb.ANS PRESS-in məlumatına görə, bu barədə Livanın "Al-Meydan" televiziyası xəbər verib.

Hadisə barədə ətraflı məlumat verilmir. Generalın ölümü barədə xəbəri təsdiqləyən İranİslam İnqilabı Keşikçiləri Korpusu Hüseyn Həmədaninin İŞİD terror qruplaşmasına qarşı döyüşən Suriya ordusuna məsləhət xidməti göstərdiyini bildirib. Hüseyn Həmədani 2011-ci ildən bəri davam edən Suriya münaqişəsində həlak olmuş ən yüksək rütbəli İran hərbçisidir. General 1980-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib.

Hüseyn Həmədani

İran İslam İnqilabı Keşikçiləri Korpusu İran hərbçilərinin bilavasitə döyüşlərdə iştirak etmədiyini bildirir. Suriya prezidenti Bəşər Əsəd bir müddət əvvəl Suriya, İran və İraqı “terrorçuluğu dəf etmək” məqsədi birləşdirdiyini bildirmişdi. Prezident Bəşər Əsədin əsas regional partnyoru olan İran Suriya hökumətinə hərbi dəstək göstərir.

Suriya xəritədə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar