Rusiyadan çıxarılan kapitalın həcmi 87 milyard dollar olacaq

Bu ilin sonu üçün Rusiyadan çıxarılan kapitalın həcmi 87 milyard dollara çatacaq. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.“Bu il bizdə bu rəqəm 87 milyard dollar olacaq” – deyib rusiyalı nazir. Bundan əlavə o, növbəti həftədə “Fitch” agentlyi tərəfindən Rusiyanın suveren reytinqinə enmə istiqamətində təzədən baxılacağını gözləmədiyini söyləyib.

Bundan qabaq nazirlikdən bu il ölkədən çıxarılacaq kapitalın 93 milyard olacağı haqda proqnoz verilmişdi.

Mərkəzi Bank isə rəqəmin 85 milyard həcmində təxmin edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar