Qəzza zolağında 8 fələstinli öldürüldü

İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda ölən fələstinlilərin sayı 8-ə çatıb, 45 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında 1 qadın da var.

Məlumata əsasən, qadın hücum cəhdi etdiyinə görə əsgərlər tərəfindən vurulub.

Oktyabrın 9-da İordan çayının qərb sahilində yaşayan fələstinlilərə həmrəylik nümayiş etdirən bir qrup gənc hərbçiləri daşqalaq edib. Toqquşmalar cümə namazından sonra Xan Yunis şəhəri yaxınlığında baş verib. İsrail hərbçiləri nümayişi dağıtmaq üçün həmçinin gözyaşardıcı qazdan istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar