PKK-çılar polis əməkdaşını 3 yaşlı uşağının yanında öldürdülər

Diyarbəkır-Hani yolunu kəsən PKK-çıların açdığı atəş nəticəsində həyat yoldaşı və uşağı ilə Haniyə gedən polis məmuru şəhid olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Diyarbəkirdə alış-veriş etdikdən sonra həyat yoldaşı və 3 yaşındakı uşağı ilə işlədiyi Haniyə dönən polis məmuru Saleh Eroğlu terrorçuların yolu kəsdiyini gördükdə avtomobili geri döndərib.

Buna baxmayaraq, terrorçular avtomobilə atəş açaraq S.Eroğlunu öldürüblər. Onun həyat yoldaşı və uşağı xəsarət almayıb.

Terrorçuların tutulması məqsədilə bölgədə xüsusi əməliyyat başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar