Uğur Dündara şərti cəza verildi

Türkiyənin məşhur jurnalisti Uğur Dündar barədə Dənizçilik və Kommunikasiya naziri Binəli Yıldırımı təhqir etmə iddiası ilə əlaqədar həbs qərarı çıxarılıb.

APA-nın “Haberler.com”-a istinadən məlumatına görə, vəkilinin etirazına baxmayaraq məhkəmə Uğur Dündarın təhqiri ictimai şəkildə ifadə etməsini də ağırlaşdırıcı hal kimi nəzərə alaraq müttəhim barədə 1 il 2 ay həbs cəzası hökmü çıxarsa da, qərarın müttəhimin gələcəyi üzərində mümkün təsirini nəzərə alaraq cəzanı 11 ay 20-günə qədər azaldıb.

Bununla belə, müttəhimin bundan əvvəl 3 aydan artıq həbs cəzasına məhkum edilməmiş olduğunu, eləcə də gələcəkdə cinayət törətməyəcəyi barədə nəticəyə gəlindiyini nəzərə alaraq həbs cəzasının təxirə salınması və müttəhim barədə bir illik şərti cəza verilməsini barədə hökm çıxarıb.

Xatırladaq ki, Respublika Baş Prokurorluğu Uğur Dündarın 5 aprel, 2014-cü il tarixli Sözcü qəzetindəki köşə yazısında Binəli Yıldırımı təhqir etməsi iddiası ilə onun 1 ildən 2 il 4 aya qədər həbslə cəzalandırılmasını tələb etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar