"Putin yeganə müttəfiqinə kömək edir" - Obama

“Suriyadakı əməliyyat Rusiyanın mövqeyinin zəiflədiyini göstərir”.

Suriyada həyata keçirilən hərbi əməliyyat Rusiyanın mövqeyinin Yaxın Şərqdə zəiflədiyini göstərir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CBS telekanalına verdiyi müsahibədə bəyan edib.

Onun sözlərinə görə, Suriya Rusiyanın regionda yeganə müttəfiqdir:

“Məhz bu səbəbdən Rusiya Bəşər Əsəd rejiminə yardım etməyə məcbur olub. Putin qoşunları regionda yeganə müttəfiqini gücləndirmək üçün göndərir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar