Şəkidə “qızılaxtaranlar” qədim kurqanı dağıtdılar

Şəkinin Cəfərabad kəndində yerləşən kurqanda naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işləri aparılıb.

Bu barədə APA-ya yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, tunc dövrünə aid kurqan dövlət qeydiyyatına alınsa da, “qızıl axtaranlar” burda qazıntı işləri aparırlar. Bundan əvvəl də abidədə qızıl axtarmaq məqsədilə qanunsuz qazıntı aparılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq İntizar Bədəlova APA-ya bildirib ki, ona da məsələ barədə məlumat verilib. O, hazırda hadisə yerinə getdiyini deyib. İ. Bədəlova bildirib ki, bu barədə müvafiq təşkilatlar qarşısında məsələ qaldıracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar