Hərbçilərimiz Rumıniya və Macarıstana gedir

Azərbaycan hərbçiləri Rumıniya və Macarıstana gedəcək.

Trend Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 12-dən 17-dək Buxarest şəhərində (Rumıniya) münaqişəsonrası yenidənqurma və sabitləşmə kursu, oktyabrın 12-dən 22-dək Budapeşt şəhərində (Macarıstan) müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar