“İŞİD” hücuma keçdi - 6 kəndi tutdular

Rusiyanın davamlı aviasiya zərbələrinə baxmayaraq, “İŞİD” qruplaşması Suriyanın Hələb şəhəri ətrafında genişmiqyaslı hücum əməliyyatına başlayıb.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb. “İŞİD”çilərin 6 yaşayış məntəqəsini ələ keçirdikləri bildirilir. Hazırda onlar Hələbin şimalındadır və Əsəd qoşunlarının mövqeləri ilə aralarında 2 km məsafə var.

Bu, son həftələrdə “İŞİD”in ən iri əməliyyatıdır. Xatırladaq ki bir gün əvvəl Hələb yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hüseyn Həmədani öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar