Ermənilər Ağdərədə institut açırlar - FOTO

Ermənistan rəhbərliyi Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq üçün növbəti avantüraya əl atıblar.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağdakı separatçı rejim Ağdərənin Vəngli kəndi yaxınlığında, XII əsrə aid Qandsazar monastırının yanında Əlyazmalar institutunun tikintisini gerçəkləşdirirlər. “Matenadaran” adlanacaq institut noyabrın sonlarında istifadəyə veriləcək.

Separatçı rejimin “Şəhərsalma və tikinti naziri” Unan Tadevosyan institutda “Qarabağ və ümumerməni irsinə aid tarixi sənədlərin və əlyazmaların” yerləşdiriləcəyini deyib. Tikinti layihəsini erməni diasoprunun yaratdığı “Pünik” fondu maliyyələşdirir. Onlar layihəyə 270 milyon dram (570 min dollar) vəsait ayırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar