"CBC Sport" telekanalları məhkəməyə verməlidir - MTRŞ

MTRSHMilli Televiziya və Radio Şurası (MTRŞ) bəzi televiziya kanallarının "Topaz" Premyer Liqasının oyunlarının görüntülərini "CBC Sport" telekanalına müraciət etmədən yayımlamasına münasibət bildirib.

MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov APA-ya bildirib ki, "CBC Sport" telekanalı oyunların görüntülərini ona müraciət etmədən yayımlayan telekanalları məhkəməyə verməlidir: "Topaz" Premyer Liqasının oyunlarının yayım hüququnu AFFA "CBC Sport" telekanalına satıb. "CBC Sport" da oyunların görüntülərini özbaşına yayımlayan telekanalları məhkəməyə verməlidir. Bu məsələ məhkəmə qaydasında həll olunmalıdır".

N. Cavadov qeyd edib ki, bu məsələyə Şura müdaxilə edə bilməz, çünki söhbət müəlliflik hüququndan gedir.

Qeyd edək ki, "Topaz" Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən "CBC Sport" telekanalına satılıb. "CBC Sport" 700 min manat ödəyərək "Topaz" Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib. AFFA, PFL və klublar saytlara, televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televiziya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılırlar. Saytlar, televiziya kanalları "Topaz" Premyer Liqasının oyunlarından aparılan video-çəkilişləri, eləcə də yerləşdirilən video-icmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etməlidirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar