Putin Ərdoğana zəng edib

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib. Lent.az-ın məlumatına görə, Kremlin yaydığı rəsmi açıqlamada dövlət başçsının öz türkiyəli həmkarına Ankarada baş verən terror aktı ilə bağlı başsağlığı verdiyi bildirilir.

Bundan başqa, Putin Rusiyanın terrorla mübarizədə həmişə Türkiyənin yanında olacağı vədini də verib.

Bu gün Ankarada keçirilən mitinqdə kamikadzenin özünü partlatması nəticəsində azı 30 nəfər ölüb, 126 nəfər isə xəsarət almışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar