PKK "atəşkəs" elan etdi

PKK terror təşkilatı 1 noyabr parlament seçkilərinə qədər "hərbi fəaliyyəti" dayandırdığını elan edib.

AzPolitika.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terror qruplaşması öz üzvlərinə Türkiyə ərazisində "hərbi əməliyyat gerçəkləşdirməmək" göstərişi verib.

PKK-dan mətbuata verilən açıqlamada vurğulanır ki, seçkilər öncəsi vəziyyəti daha da gərginləşdirməmək üçün Türkiyədən və xaricdən olan "çağırışları nəzərə alıblar".

Lakin PKK istisna olaraq qeyd edir ki, əgər qruplaşma üzvlərinə qarşı hər hansı hərbi əməliyyatlar təşkil olunsa cavab veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar