MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq etdi

Bu gün keçirilən iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlığa namizədliyi irəli sürülmüş bəzi şəxslərin namizədliklərinin əmlak və mülkiyyət barədə məlumatları təqdim etməmələrinə görə qeydə alınmaması məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, MSK sədri deyib ki, dairə seçki komissiyalarına (DSK) əmlak və mülkiyyətin mövcud olub-olmadığının göstərilməsi namizədin seçicilərə münasibətdə səmimiliyinin yoxlanılması ilə bağlıdır.

"Ona görə də MSK bu şikayətləri təmin etmir, həmin şəxslərin namizədlikləri qeydə alınmır. Dünyada da bu məsələyə yanaşma çox həssasdır, ən məşhur, imkanlı şəxslər belə bağışlanmır", - deyə M. Pənahov qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar