Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı

Azərbaycanda indiyə qədər 1243 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi qeydə alınanlardan 277 nəfərinin namizədliyi 15 partiyalar tərəfindən, 19 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 945 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürüb.

M. Pənahov indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayının 15 min nəfəri ötdüyünü, 166 müşahidəçinin isə MSK-da qeydiyyatdan keçdiyini bildirib.

MSK sədri qeyd edib ki, bu günə qədər MSK-ya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 40 müraciətdən 14-nün təmin olunduğunu da nəzərə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar