Donbasda yeni seçkilərin vaxtı açıqlandı

Tanınmamış «Donetsk Xalq Respublikası»nın başçısı Aleksandr Zakharchenko oktyabrın 10-da yerli seçkilərin vaxtının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Həmin seçkilər bu il oktyabrın 18-də keçirilməli olsa da, 2016-cı il aprelin 20-nə qalıb.

«Luqansk Xalq Respublikası»nın lideri Igor Plotnitsky də eyni gündə oxşar bəyanat verib, Donbasda keçiriləcək seçkilərin vaxtının dəyişdirildiyini bildirib.

Oktyabrın 6-da bəyan olunmuşdu ki, separatçıların nəzarətində olan Donetsk və Luqanskda oktyabrın 18-nə və noyabrın 1-nə təyin edilən seçkilər ləğv olunur. İndi isə seçkilərin, sadəcə, gələn ilə qədər təxirə salındığını deyirlər.

Tanınmamış respublikaların nümayəndələri seçkilərin «Normand dördlüyü»nün Paris sammitinin nəticələrinə əsasən ertələndiyini bildiriblər. Bu müddətdə Ukrayna Minsk razılaşması ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməli və Donbasa xüsusi status verməlidir.

Ukraynada yerli orqanlara seçkilər oktyabrın 25-ə təyin olunub. Kiyev də, Qərb dövlətləri də separatçıların nəzarətində olan ərazilərdə də seçkilərin Ukraynanın başqa bölgələriylə eyni vaxtda keçirilməsini istəyirlər. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar