Rusiya ilə ABŞ Suriya ilə bağlı danışıqları bərpa edir

Rusiya ABŞ-la, Suriyada hava zərbələri zamanı təhlükəsizlik məsələsinə dair danışıqları bərpa etməyə razılaşıb. “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentagon rəsmiləru xəbər verib.

Danışıqların “bu həftə sonu keçiriləcəyi güman edilir,” mətbuat katibi Peter Cook bildirib.

Hər iki ölkə Suriyada ayrı hava zərbələri kampaniyasını həyata keçirdiyi üçün, təsadüfü toqquşmanın ola biləcəyi ilə bağlı narahatlıq var.

ABŞ və onun NATO müttəfiqləri həmçinin Rusiya təyyarələrinin Türkiyə hava məkanını pozması ilə bağlı da narahatlığını bildirib.

ABŞ və Rusiya hava təhlükəsizliyi ilə bağlı oktyabrın 1-də, video konfrans vasitəsilə müzakirə ediblər. Lakin ABŞ, ondan bəri Moskvadan heç nə eşitmədiklərini bildirib.

Danışıqların ABŞ və Rusiya aviasiyası arasında məsafə və rabitə zamanı hansı dildən istifadə edilməsi məsələlərini əhatə edəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar