Həcc ziyarətində 1500 insan ölüb - Assosicated Press

“Associated Press”agentliyini apardığı tədqiqatların nəticəsini açıqlayıb.

Agentlik bildirir ki, sentyabrın 24-də Səudiyyə Ərəbistanının Mina dağında ölən zəvvarların sayı deyildiyi kimi 769 nəfər yox, 1500 nəfərdir .

Əgər məlumat təsdiqlənsə, o zaman bu Məkkə ziyarətində baş verən ən böyük faciə hesab olunacaq.

Səudiyyə hökuməti isə Amerika agentliyinin xəbərini təkzib etməyib.

Bundan başqa kral Salman sentyabrın 11-də Məkkə məscidində kranın aşması nəticəsində ölən və yaralananlara təzminat ödənməsi haqda əmr vermişdi.

Xatırladaq ki, bu faciə zamanı 11 nəfər həlak olub. Ölənlərin hər birinin ailəsinə bir milyon səudiyyə riyalı veriləcəkdi. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar