İqtisadi İnkişaf Nazirliyi seçki təbliğatına qoşulub

“Bu gün orta məktəblərdə ilk dərs günü prezident İlham Əliyevin seçkiqabağı təbliğatı aparılıb”. Virtualaz.org-un məlumatına görə, bunu Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Həsən Kərimov deyib.

Onun sözlərinə görə, Bakının əksər məktəblərində 1-ci sinifdən 11-ci sinifədək ilk dərs günü buna həsr edilib: “Bütün uşaqlara İlham Əliyevin namizədliyini təbliğ edən “Bakı 2003-2013” kitabları paylanılıb. Kitabların arasında İlham Əliyevin 10 illik fəaliyyətini əks etdirən DVD də olub”.

H.Kərimov bununla da Seçki Məcəlləsinin pozulduğunu deyib: “Bu, birbaşa olaraq Seçki Məcəlləsini pozur. Özü də bu təbliğat xarakterli kitabları və DVD-ni Mərkəzi Seçki Komissiyası yox, İqtisadi İnkişaf Nazirliyi tirajlayıb. Kitabın üzərində tiraj sayı göstərilməyib. Bu kitabların sayı yüz minlərlədir. Kitabın birinin 100 manata qədər qiyməti var”.

Seçki qərargahının rəhbəri bununla bağlı MSK-ya şikayət edəcəklərini söylədi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar