AYNAR MƏMMƏDOV MƏHKƏMƏ QARŞISINDA - "8 nəfər saxlanılıb" (Yenilənib)

“Bandotdel”in keçirdiyi əməliyyatla saxlanılan Aynar Məmmədov bir neçə saat əvvəl məhkəmə qarşısına çıxarılıb. Nərimanov rayon məhkəməsində saxlanılan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 199-3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddə ilə təqsirləndirilən şəxslər 1500 manatdan 2000 manatadək cərimə olunur.

Nərimanov rayon məhkəməsindən bildirilib ki, “Bandotdel” tərəfindən saxlanılan və sanskiya ilə məhkəmə gətirilən şəxslər cərimələndikdən sonra sərbəst buraxılıb.

Aynar Məmmədov isə atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir:“Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər".

Qeyd edək ki, dünən gecə saatlarında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “Nar” kafedə keçirilən əməliyyatda Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov və yaxın dostları saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

DİN sözçüsü onların arasında A.Məmmədovun olub-olmaması haqda sualı cavablandırmayıb. Musavat.com-un əldə etdiyi məlumata görə, Aynar Məmmədov cərimə edildikdən sonra buraxılıb. Gecə saatlarında xüsusi təyinatlıların əməliyyatına məruz qalmış "Nar" kafesinin hazırda öz fəaliyyətini bərpa etdiyi bildirilir.

Maraqlıdır ki, Milli Məclisin deputatı Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) oğlu Aynar Məmmədovun həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”- , deputat E. Məmmədov narazılığını gizlətmədən Turan agentliyinə bildirib.

 * * * 

Dünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus "Nar Cafe"sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi və oradakı bütün heyətin həbsi ilə bağlı məlumat təsdiqini tapıb. "Qafqazinfo"nun əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün "Nar Cafe"yə baş çəkib.

Məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi əməkdaşımızla söhbətdə dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunuraq aparılıblar. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər həmçinin qeyd ediblər ki, kafe açıq olsa da, artıq müştəri qəbul etmirlər.

Əməliyyatın MTN, yoxsa "Bandotdel" tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb.

* * *

Daxili İşlər Nazirliyinə oktyabrın 11-i saat 22 radələrində Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun həbs edilməsilə bağlı məlumat daxil olmayıb.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar”ın yanındakı "Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirməsilə bağlı rəsmi məlumat yoxdur.

Həmçinin bildirilib ki, əgər həqiqətən də bu barədə məlumat daxil olarsa, DİN kütləvi informasiya vasitələrinə rəsmi məlumat yayacaq.

* * * 

Təqribən 2 saat əvvəl Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan, "Şüşəli bazar"ın yanındakı "Nar" kafesini xüsusi təyinatlılar mühasirəyə alıb, içəridəkiləri, o cümlədən kafenin sahibi A. Məmmədovu da həbs etdilər. Həbs edilənlər MCQMİ- yə aparılıblar.

AzPolitika.info-nun məlumatına görə, bu xəbəri Facebook sosial şəbəkəsində "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid yayıb.

Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar

Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar

Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar

Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar

Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar