"Bakıda güclü zəlzələ gözlənir"- Amerikalı alimlərdən qorxunc proqnoz

Amerikalı alimlər Bakıda zəlzələ baş verəcəyi təqdirdə yüz minlərlə insanın ölümü ilə nəticələnəcəyini iddia ediblər

“ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinin proqnozlarına görə, Bakıda və Şamaxıda Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanında olacaq zəlzələnin baş vermə ehtimalı var. Lakin bu proqnozların haradan yarandığı məlum deyil. Zəlzələni əvvəlcədən proqnoz vermək bu günə qədər mümkün olmayıb. Yaxın gələcəkdə də, yeraltı təkanı əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil”. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə fikir bildirərkən deyib.

Onun sözlərinə görə, ola bilsin ki, amerikalı alimlər Azərbaycan ərazisində, eləcə də, Qafqaz ərazisində aparılan yer qabığının horizontal hərəkətlərinin sürətini ölçməklə əlaqədar bu fikri söyləyiblər. Lakin hələ indiyə qədər, bu məlumatlar əsasında zəlzələ proqnozu verilməyib. Bu əsasda yeraltı təkan baş verməsi barədə proqnoz vermək qeyri-müəyyəndir. Şamaxıda və Bakıda güclü yeraltı təkanın əhaliyə və infrastruktura təsir etməyinə gəlincə, ekspert alim bunun bir həqiqət olduğunu deyir.

“Əgər doğrudan da, güclü zəlzələ baş verərsə, bu mümkündür. Əgər həqiqətən də, Bakıda güclü yeraltı təkan olarsa, böyük dağıntılara səbəb ola bilər. Ölkə əhalisinin demək olar ki, 40 faizinin cəmləşdiyi Bakı şəhərində yeraltı təkanlar böyük fəlakətlərə səbəb ola bilər”, - deyə Tahir Məmmədl bildirib. Alimin sözlərinə görə, hələlik Bakıda güclü zəlzələnin olacağı barədə proqnoz verməyin elmi əsasları yoxdu. Sadəcə paytaxt üçün qorxu yalnız Xəzər dənizindəki zəlzələ ocaqlarında gələ bilər: “Bakı üçün zəlzələ təhlükə Xəzər dənizindəki zəlzələ ocaqlarından gözlənilir”. Qeyd edək ki, ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinə istinadən Bakıda və Şamaxıda Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanında olacaq zəlzələnin baş vermə ehtimalı barədə məlumatlar yayılıb. Məlumatlara görə, amerikalı alimlər Bakıda zəlzələ baş verəcəyi təqdirdə yüz minlərlə insanın ölümü ilə nəticələnəcəyini iddia ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar