VİRTUAL SƏSVERMƏDƏ MARAQLI NƏTİCƏLƏR – İsmayılovla Qəmbər udur, Hacılı uduzur

Saytlardan birində 1 noyabr parlament seçkiləri ilə bağlı təşkil olunan virtual səsvermənin gedişi maraqla izlənilir. Xeberler.az saytında aparılan səsvermə namizədlərlə bağlı ictimai rəyin öyrənilməsi, hansı namizədin qələbəyə daha yaxın olması baxımından ciddi qəbul olunmasa da, hər halda maraqla qarşılanır. Xüsusən bir neçə dairədə namizədlərin bu səsvermə ilə bağlı şəxsən çağırış etmələri bu marağı daha da artırıb.

Maraqlı virtual mübarizənin getdiyi dairələrdən biri 20 saylı Nərimanov Seçki Dairəsidir. Bu dairədən əsas rəqiblər – indiki deputat Adil Əliyev və onun əzəli rəqibi vəkil Aslan İsmayılov səsvermədə iştirak xahişi ilə sosial şəbəkə üzərindən çağırış ediblər. Lakin maraqlıdır ki, real seçkidə fovorit hesab olunan Adil Əliyev, virtual mübarizədə rəqibindən çox geridədir. İndiyədək bu dairə üzrə virtual səsvermədə 3633 dəfə səs verilib ki, onlardan da 2732-i (75 faizi) Aslan İsmayılovun aktivinə yazılıb. Adil Əliyev səslərin cəmi 619-nu (17 faiz) qazana bilib.

Müsavatın keçmiş başqanı İsa Qəmbərin namizəd olduğu 15 saylı Yasamal Seçki Dairəsi üzrə virtual səsvermə də maraqla izlənilir. Bu anadək həmin dairə üzrə səsvermədə 802 dəfə səs verilib. İsa Qəmbər 39 faizlə birinci yerdədir. Hazırki deputat Ülvi Quliyev 15 faiz səslə üçüncü, VİP sədri Əli Əliyev cəmi 3 faiz səslə dördüncü yerdədir.

Müsavat başqanı Arif Hacılının namizəd olduğu 33 saylı Xətai Birinci Seçki Dairəsi üzrə virtual səsvermədə gənc namizəd Ruslan İzzətli liderlik edir. O, Arif Hacılını 2 dəfə qabaqlayaraq, səslərin 45 faizini alır. Arif Hacılı 22 faizlə ikinci, YAP-ın namizədi, hazırki deputat Hüseynbala Mirələmov 14 faizlə üçüncü yerdədir.

Səsvermə davam edir.

AzPolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar