ABBAS ABBASOV NAZİM İBRAHİMOVUN CAVABINI QISA VERDİ-Əks-reaksiya

“Mənim bu cür boş-boş məsələlərə cavab verməyə vaxtım yoxdur”

"Qaldı ki, təşkilatın indiki rəhbərliyi ilə münasibətlərə, fikrimi söyləyim: şəxsən Abbas Abbasov Azərbaycan dövlətinə uzun müddət xidmət etmiş şəxsdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin özünün ağsaqqalı olduğunu, Azərbaycan rəhbərliyinin siyasətini dəstəklədiyini bəyan edir. Bizim üçün də bu bəyanatlar təqdirəlayiqdir. Amma hər kəsin verdiyi bəyanatla əməli işi uyğun gəlməlidir. Bu tipli bəyanatlar verən Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil. Çünki belə bəyanatların müəllifi A.Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla hər zaman əməkdaşlığa hazır olacağıq".

Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov APA-ya müsahibəsində deyib. Daha doğrusu "AzərRos”da baş verən rəhbər dəyişikliyindən sonra Abbasovun sədri olduğu qurumun Nazim İbrahimovun "bəslədiyi" ÜAK-ın fəaliyyətini (daha dəqiqi fəaliyyətsizliyini) kölgə altına almasına münasibət bildirərkən "köhnə bayatıları" yenidən səsləndirib.

A.Abbasovun cavabı isə qısa və kəsərli olub. O, sözügedən məsələ ilə bağlı Publika.Az-a deyib ki, “mənim bu cür boş-boş məsələlərə cavab verməyə vaxtım yoxdur”. Necə deyərlər, arifə bir işarə də bəsdir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar