Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb: 2 ölü, 5 yaralı

Əfqanıstanın mərkəzi əyaləti Bamyanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 hərbçi həlak olub, 5 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun rəsmi nümayəndəsi Əbdül Rəhman Əhmədi məlumat verib.

Onun sözlərinə görə, hazırda 3 hərbçinin vəziyyəti ağırdır. Hadisə yerinə hərbi komandanlıq baş çəkib.

Qəzaya ilkin səbəb kimi pilotun səhvi göstərilib. Belə ki, o, dağlıq ərazinin xüsusiyyətlərini nəzərə almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar