Suriyada terrorçular bəzi şəhərlərdən geri çəkilirlər

Suriya ordusu Rusiyanın 30 sentyabrdan bu yana ölkədə davam etdirdiyi hava hücumlarının köməyi ilə Bəşər Əsədə qarşı olan silahlı terrorçuların nəzarətindəki bölgələrdə ciddi nailiyyətlər əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya qəzetlərində yer alıb.

Prezident Bəşər Əsədə bağlı olan güclərə Livandakı Hizbullah döyüşçüləri də dəstək verir.

Rusiya Müdafiə Nazirliyi son 24 saatda başda İŞİD hədəfləri olmaq üzrə 60-dan çox hədəfin bombardman edildiyini açıqlayıb.

İdlib, Həma və Laziqiyyənin çevrəsindəki düşmən qruplaşmaların nəzarətindəki bəzi bölgələrin son günlərdə yenidən Suriya ordusunun idarəsi altına keçdiyi bildirilir.

Qarşıdurmaların xüsusilə paytaxt Dəməşq şəhərini digər kəndlərə bağlayan əsas yolun çevrəsində olduğu da xəbər verilir.

Bəşər Əsədin ordusunun İdlibi əlində tutan silahlıların Dəməşq şəhəri ilə əlaqəsini kəsməyə çalışdığı da verilən xəbərlər sırasındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar