Cari ilin 9 ayında dövlət büdcəsi profisitlə icra olunub

Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12,1 mlrd. manat və ya proqnozun 99,6%-i, xərcləri isə 11,7 mlrd. manat və ya proqnozun 74,3%-i səviyyəsində olub.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, daxilolmaların 68,4%-i qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6% çoxdur.

"Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11,8 milyard manat əsas kapitala investisiya yönəldilmişdir. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilmişdir. Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir", - deyə Ş. Mustafayev bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar