“Bəşər Əsədlə danışıqları BMT aparmalıdır”

Suriya prezidenti Bəşər Əsədlə danışıqlar BMT-nin himayəsi altında keçirilməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Biz BMT-nin xüsusi elçisi Stefan de Misturanın səylərini tam dəstəkləyirik. O, Bəşər Əsədlə danışıqlar aparır. Hesab edirəm ki, Bəşər Əsədlə və onun nümayəndələri ilə danışıqları BMT aparmalıdır”, deyə F.Moqerini bildirib.

Onun sözlərinə görə, danışıqlara həmçinin Avropa İttifaqı da cəlb olunmalıdır.

Qeyd edək ki, BMT-nin xüsusi elçisi S.de Mistura oktyabrın 13-də Moskvaya səfər edəcək, sonra isə ABŞ-a yollanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar