Ziya Məmmədovun əmisi oğlu üç gündür işə çıxmır

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının başı üzərində "qara buludlar" dolaşır.Avropa.info-nun əldə etdiyi məlumata görə, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov artıq üç gündür işə çıxmır.

Məlumatı verən mənbə qeyd edib ki, Mənsur Məmmədov icra başçısı vəzifəsindən azad olunacağı barədə sərəncamı gözləyir.

Qeyd edək ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. İndiki vəzifəsinə qədər Mənsur Məmmədov Göyçay rayon İcra Hakimiyyətinin başçısı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar