Ankara terrorunda ölənlərdən biri azərbaycanlı olub

Ölənin anası Türkan Arpaçayın Azərbaycan dilində ağı deməsi hər kəsi ağladıb.

Ötən şənbə günü Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsində dünyasını dəyişənlərdən biri bu ölkədə yaşayan azərbaycanlı ailənin oğlu olub. Anspress-in məlumatına görə, treaktda ölən Gökhan Arpaçayın cəsədi ailəsinə təhvil verildikdən sonra təyyarə ilə dünyaya gəldiyi Qars şəhərinə aparılıb. 32 yaşlı Gökhan dəfn olunarkən anası Türkan Arpaçayın Azərbaycan dilində ağı deməsi hər kəsi ağladıb: “Ay balam, yandım balam, lay-lay balam, lay-lay.” – Türkan Arpaçay oğlunun dəfnində ağlayıb.

Gökhan Arpaçayın cənazə mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) və Xalqın Demokratiya (HDP) Partiyasının üzvləri də iştirak edib. Arpaçay ailəsi yasda hər hansı bir şüar səsləndirilməsinə, bayraq açılmasına və siyasi çıxışlar edilməsinə izn verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar